Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BUTA.TV Report-a itinadən xəbər verir ki, BMV markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən yerindəcə keçinib.
Avtomobildə olan digər sərnişinlər - 2002-ci il təvəllüdlü Emin Xudiyev və 2003-cü il təvəllüdlü Nərmin Təhməzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Hər üçü Bakı şəhər sakinidir.
Faktla bağlı araşdırma aparılır.
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər
- Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü
- Bu rayonlarda ağaclar kəsildi: 227 mindən çox ziyan dəydi
- “Port Baku”da yanğın olub - Video-Yenilənib
- Astaranın dağ kəndləri qazlaşdırılır - Video