Qərb dağılacaq, Rusiya isə ayağa qalxacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri 1970-ci illərdə SSRİ-nin dağılacağını proqnozlaşdıran tanınmış fransız sosioloq Emmanuel Tod “Le Fiqaro”ya müsahibəsində deyib.
O bildirib ki, bu qənaətə gəlməyinin 3 səbəbi var:
“ABŞ-da sənayenin və təhsilin tənəzzülü, Qərb cəmiyyətində bir dəyər sistemi kimi protestantlığın yoxa çıxması və Rusiyanın dünyanın qalan hissəsi qarşısında artan cəlbediciliyi”.
Onun sözlərinə görə, Moskvanın yeni mühafizəkar “yumşaq gücü” Qərb əxlaqından fərqli olaraq getdikcə populyarlıq qazanır:
“Rusiya iqtisadiyyatının sanksiyaların şokuna tab gətirməsi isə Rusiya modelini daha da cəlbedici edir. Qərbdə Rusiya haqqında deyilənlər çox vaxt doğru deyil: o, tənəzzülə uğrayan ölkə kimi təqdim olunur, onun sürətlə bərpa və yenidənqurma mərhələsində olduğuna diqqət yetirmirlər.
Eyni zamanda, ola bilsin ki, Rusiya sistemini gücləndirən, vətənpərvərlik və milli birliyi qidalandıran məhz Qərbin düşmənçiliyidir. Beləliklə, sanksiyalar Rusiyaya genişmiqyaslı idxalı əvəzetmə siyasətinə başlamağa imkan verdi ki, bu da onların iqtisadiyyatına AB iqtisadiyyatı üzərində əhəmiyyətli üstünlük verəcək”.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı