1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan özünü Sovet Azərbaycanının varisi deyil, Azərbaycan Demokratik Respublikasının varisi elan etdi. Onun sərhədləri Sovet İttifaqındakından tamamilə fərqli olmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Armen Baqdasaryan erməni mediasına geniş müsahibəsində deyib.
O iddia edib ki, İlham Əliyevin son müsahibəsini (10 yanvar 2024-cü il yerli mediaya müsahibəsi nəzərdə tutulur – red.) Almatı bəyannaməsi ilə razılaşmadan imtina etməsi kimi qəbul etmək olar:
“Azərbaycan 2022-ci ildə Praqada, 2023-cü ilin iyulunda Brüsseldə buna şifahi razılıq verəndə bunu ona görə etdi ki, o vaxt hələ də “erməni Qarabağı” var idi və orada erməni əhali yaşayırdı. Həmin vaxt Əliyev Almatı bəyanatı ilə razılığa gəlməli idi ki, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısın. İndi artıq erməni əhalisi olmayanda Əliyev təbii olaraq (şifahi razılaşdığı – red.) Almatı bəyanatı ilə bağlı razılaşmadan imtina edir”.
“Əliyev elan etdi ki, Azərbaycanın birinci respublikasının sərhədləri bərpa olunmalıdır, lakin bu, Azərbaycanın SSRİ-yə daxil olduğu sərhədlər deyil, başqa sərhədlərdən danışır. Bu hansı təhlükələrə səbəb olur” sualına Baqdasaryan bu cür cavab verib:
“Bunun təhlükəsi ondan ibarətdir ki, Azərbaycan Sovet Ermənistanının sərhədləri daxilində Ermənistanın ərazi bütövlüyünü tanımaq fikrində deyilsə, istənilən əlverişli məqamda sərhədlərini təsəvvür etdiyi kimi bərpa etməyə çalışacaq. Azərbaycan isə Zəngəzuru Azərbaycanın bir hissəsi kimi təsəvvür edir. Düzdür, Naxçıvan Ermənistanın bir hissəsi idi, lakin bunlar çox mübahisəli xəritələr, çox mübahisəli, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyən və qeydə alınmayan sərhədlər idi (Azərbaycan Demokratik Respublikasının sərhədləri isə beynəlxalq ictimaiyyət tərəfindən rəsmən qəbul edilmişdi – red.). Yəni Azərbaycanın o ritorikasının mənası var”.
O bildirib ki, Azərbaycanın “Azərbaycandan Azərbaycana yol prinsipi” əslində eksterritorial yol tələbidir:
“Üstəlik, təhlükə ondan ibarətdir ki, onlar anklavlar məsələsində də eyni mexanizmi tələb edirlər – həmin 3 anklavla birləşdirən yollara da Ermənistan tərəfindən nəzarət olunmaması. Azərbaycan 8 deyir, əslində isə Ermənistan ərazisində Azərbaycanın 3 eksklavı var – Tavuşda 2, Vedidə (Ararat) 1”.
O xatırladıb ki, Azərbaycanın eksklavları yollarla birlikdə qaytarılarsa, Ermənistanın şimalda Gürcüstana, cənubda İrana gedən yolları tam şəkildə Azərbaycanın nəzarətinə keçəcək.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək