İran ABŞ-la birgə oynayır: hücumun hədəfi Türkiyədir

12:06 - 16 Yanvar 2024 - SİYASƏT

 İran ABŞ-la birgə oynayır: hücumun hədəfi Türkiyədir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir müddət öncə, Qasım Süleymani öldürüldüyü zaman İran tərəfinin ona zəng etdiyini və görüntü üçün bir neçə raket atacağını dediyini bildirdi. Fikrimcə, gecə saatlarında Ərbildəki ABŞ konsulluğuna və digər məntəqələrə hücumun arxasında da “danışıqlı döyüş” var.

Bu sözləri BUTA.TV-a gecə saatlarında İraqın şimalında yerləşən Ərbil şəhərində ABŞ konsulluğuna və bazalarına edilən raket hücumunun səbəbləri haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

“Yəqin ki, Vaşinqton bundan bəhanə kimi istifadə edərək bölgədəki hərbi varlığını əlavə hərbçi və texnika, silah-sursat göndərməklə daha da artıracaq. Yəni ABŞ-a bir bəhanə lazım idi, bunu da İran ona verdi. Qarşılıqlı oyun oynayırlar. Əgər qarşıdakı bir neçə gün ərzində ABŞ oradakı hərbi varlığını gücləndirmək üçün sadaladığımız addımları atsa, bu, onun Türkiyənin keçirəcəyi antiterror əməliyyatlarına əngəl olmaq üçün İran üzərindən özünə bəhanə yaratdığı mənasına gələcək. Əvvəl də eyni teatr oyununu oynamışdılar. Yenə ABŞ bu danışıqlı döyüşlə həm dünya ictimaiyyətini, həm də xalqını belə yanıldacaq”, - polkovnik bildirib.

Qeyd edək ki, gecə saatlarında SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə balistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol