Təşkil edilmiş parklanma yerindən 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.
Məsələ ilə bağlı BUTA.TV-a açıqlama verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin (AYNA) mətbuat katibi Tural Orucov bildirib.
“Fərdi parklanma talonu üçün “AzParkinq” səhifəsinə müraciət edirsiniz. 15 iş günü ərzində harada ödənişsiz saxlayıb-saxlamamağınız barədə məlumat verilir. Bundan sonra sizə həmin ərazidə avtomobilinizi saxlaya bilməyiniz üçün 3, 4 və 5 yer təqdim edilir. Tutaq ki, sizə verilmiş yerdə başqa bir şəxs ödənişin edib maşını saxlayıb. Belə halda sizə 2-ci, 3-cü və ya 4-cü portal vasitəsi ilə digər şanslar yaradılır. İstənilən halda 4-5 yerdən birində yer tapıb avtomobilinizi saxlaya bilərsiniz”, - Tural Orucov deyib.
T.Orucov vətəndaş şikayətlərində daha çox rast gəldiyi problemlərdən danışıb:
“Elə hallarla rastlaşırıq ki, vətəndaş ödənişi edib, yenə də cərimə tədbiq olunub. Araşdırdığımız zaman məlum olur ki, məntəqəni səhv qeyd etdiyi üçün “Azparkinq”in əməkdaşı həmin ərazidə maşının ödəniş etmədiyini görüb, cərmə yazıb. Bəzən də sürücü yerdəki, lövhədəki işarəyə baxmadan əlillər üçün nəzərdə tutulmuş yerdə maşınını saxlayır. Əlil olmadığı bilinəndə cərmə tətbiq olunur. Bu kimi bir çox şikayətlərin protokoluna baxıb tədbir görürük. Vətəndaş məsuliyyətli olmalıdır. Parklanma ilə bağlı şikayətinizi 141 çağrı mərkəzinə edə bilərsiniz. Daxil olan şikayət müvafiq parklanmalarla bağlı şöbələrə yönləndirilir”.
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir