Azərbaycan Tiktok şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
BUTA.TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində Tiktok şirkətinin vitse-prezidenti Helena Lerş (Helena Lersch) ilə görüşüb.
"Görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "Tiktok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb", - M. Cabbarov qeyd edib.
- Sərhədimizi pozan 26 nəfər saxlanıldı
- Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb
- Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı
- Elman Abdullayev UNESKO-dan geri çağırıldı
- Sabah 39 dərəcə isti olacaq
- AZCON-a yeni səlahiyyət verildi
- Prezident Bəxtiyar Aslanbəylini təltif etdi
- Prezident fərman imzaladı