Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan rəsmi instaqram hesabı oğurlanıb. Müğənninin profil fotosu və səhifənin məlumat bölməsi dəyişdirilib, bütün paylaşımları silinib.
Bundan əvvəl idmançı Pərviz Abdullayev (“Kobra” Pərviz), müğənni İradə İbrahimova və digər məşhurlarla bağlı eyni hallar yaşanıb. Hak edilən səhifələrdəki məlumatlar silinib, məzmuna uyğun olmayan paylaşımlar edilib. Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, sosial şəbəkələrdə istifadəçilərin fəaliyyəti, eləcə də sosial şəbəkə ilə istifadəçilər arasındakı münasibətlər sosial şəbəkə inzibatçıları tərəfindən müəyyənləşdirilmiş qayda və şərtlərlə tənzimlənir:
“Sosial şəbəkələr istifadəçilərə öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif imkanlar təqdim edir. Elektron Təhlükəsizlik Xidməti olaraq istifadəçilərə sosial şəbəkə hesablarının təhlükəsizliyini təmin etmək üçün mürəkkəb və unikal şifrələrdən istifadə etməyi və ikimərhələli tanıma funksiyasını aktivləşdirməyi tövsiyə edirik. Həmçinin etibarlılığından əmin olmadığınız üçüncü tərəf proqramlar və tətbiqlər vasitəsilə sosial şəbəkə hesablarına giriş məlumatlarını daxil etməmək, hesaba daxil olan cihazları nəzərdən keçirmək tövsiyə edilir”.
Qurumdan, həmçinin bildirildi ki, hesabla əlaqədar elektron poçta gələn məktublara qarşı diqqətli olmaq vacibdir: “Belə ki, şübhəli mənbələrdən göndərilən elektron poçt məktublarındakı keçidlərə daxil olaraq öz hesab məlumatlarını daxil etməmək lazımdır. Bu istiqamətdə ən vacib maarifləndirmə tədbirlərinin görülməsidir. ETX kiberdələduzluq halları ilə bağlı mütəmadi olaraq öz rəsmi informasiya ehtiyatı və sosial şəbəkə hesabları vasitəsilə maarifləndirmə işləri həyata keçirir”.
ATA TALAYIR, OĞUL XARİCƏ DAŞIYIR... – Azərbaycanda məmur övladları necə “uğurlu biznesmen” olurlar? - FOTOLAR
- Leyla Əliyeva Əbu-Dabidə Zarqa Yaftalı ilə görüşdü
- Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı
- Kamran Əliyev yeni rəis təyin etdi
- Narkotik çəkib maşın sürən şəxs həbs edildi - Video
- Dəniz Əsədova hakim qarşısında - Foto
- Sabah 2 rayonda qaz olmayacaq
- Nazirlik hərbi hissələrdə odundan imtina edir
- ABŞ İsraildən İrana hücum etməməsini istədi