Amerikalı aktyor Arnold Şvartseneggerin Almaniyanın Münhen hava limanında saxlanılmasına səbəb olan saatın qiyməti kəskin bahalaşıb.
BUTA.TV xəbər verir ki, daha öncə başlanğıc qiyməti 20 min avro təyin edilsə də, indi bu rəqəm 50 min avroya qaldırılıb. Gömrükdə baş verən insidentdən sonra onlarla kolleksiyaçı bu modelə maraq göstərməyə başlayıb.
"Bu, hazırda dünyanın ən çox baxılan saatıdır", - deyə zarafat edən 76 yaşlı aktyor saatı hələ də hərraca çıxarmaq niyyətində olduğunu vurğulayıb.
Qeyd edək ki, sözügedən saat aktyor üçün xüsusi hazırlanıb və o saatı bir neçə filmdə istifadə edib. Saatda aktyorun bədəni təsvir olunub və üzərində "Arnold Classic" yazısı həkk olunub. Dünyada cəmi 20 belə saat var.
Bu saata görə o, üç saat polis bölməsində saxlanılıb, sonra saatın dəyərini, cəriməni və vergiləri ödəməyə məcbur edilib. O, 35 min avro ödədikdən sonra sərbəst buraxılıb.
Şvartsenegger özü saatı hərracda satmaq və pulu iqlimi qorumaq üçün istifadə etmək niyyətindədir.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı