20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsinin sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
"Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur", - məlumatda vurğulanıb.
- Küləkli havada dənizə girmətin! - FHN xəbərdarlıq etdi
- Sabiq nazirin müsadirə olunan mənzili yarım milyona satıldı
- Bəs sən onlara niyə inandın?
- Gürcüstandan Azərbaycana bu tarixədək bütün biletlər satılıb
- Vahid aylıq müavinət kimlərə şamil olunmur? - Qaçqınkom
- Dalaşan gəncləri ayırarkən öldürülən Azərin - Fotosu
- Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda
- Metroda işlərə niyə avqustun 15-də başlanır? - Sədr açıqladı