Dünyanın ən zəngin insanları ABŞ-nin hər yerində öz şəhərlərini tikirlər. Buna misal olaraq Kaliforniyanın Solano bölgəsində planlaşdırılan şəhəri göstərmək olar.
Milyarderlərin dəstəklədiyi California Forever adlı şirkət artıq San Fransiskonun şimalında, Travis Hərbi Bazasının yerləşdiyi Solano bölgəsində 20 min rezidensiyaya malik şəhərin tikiləcəyini açıqlayıb. "BUTA TV" CNN-ə istinadən xəbər verir ki, şirkət 2017-ci ildən bəri regionda 800 milyon dollar dəyərində 202 kvadrat kilometr kənd təsərrüfatı sahəsi alıb.
Qurulacaq şəhərin uzun müddətdə 400 min insana ev sahibliyi etməsi də planlaşdırılır. Layihəni dəstəkləyənlər arasında Laurene Powell Jobs, Reid Hoffman və Marc Andreessen kimi milyarderlər var.
Həmçinin, onlar sırasında Apple şirkətinin qurucusu Stiv Cobsun həyat yoldaşı Loren Pauel Cobs (13 milyard dollar), iş axtarışı platforması LinkedIN-in qurucusu Reid Hoffman (2,3 milyard dollar), vençur kapitalisti Mark Andreessen də (1,8 milyard dollar) var.
İlon Mask ABŞ-də öz şəhərini quran milyarderlərdən biridir.
227 milyard dollarlıq sərvətlə dünyanın varlı adamı olan Mask vergilər səbəbindən elektrikli avtomobil istehsalçısı Tesla-nın baş ofisini Kaliforniyadan Texasa köçürüb. Burada böyük bir Tesla fabriki inşa edən Mask, eyni zamanda Tesla fabrikinin yaxınlığında inşa edilən kosmik nəqliyyat şirkəti SpaceX-in yeni imkanlarına da sahibdir.
Ətraflı
Bundan əlavə, Maskın digər şirkəti olan Boring Co.-nun anbarı da bu obyektlərin yaxınlığında yerləşəcək. Mask sözün əsl mənasında on minlərlə işçisi üçün yeni bir şəhər tikir. Texas ştatının Ostin şəhəri yaxınlığında 24 kvadrat kilometr ərazi alan Mask artıq evlərin tikintisinə başlayıb.
Microsoft-un qurucusu Bill Qeyts 140 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları sırasındadır. Geyts də uzun müddətdir ki, öz şəhərini yaratmaq üçün çalışır. 2017-ci ildən bəri Qeyts ABŞ-nin Arizona ştatında öz şəhərini yaratmaq üçün milyonlarla dollar sərmayə qoyub. Belmont adlı bu şəhər üçün Geyts dövlətdən xeyli torpaq alıb. Şəhərdə yalnız yaşıl enerji ilə işləyən evlər (bio-evlər), avtonom avtomobillər, yeni texnologiya və logistika mərkəzləri olacaq.
ABŞ-nin pərakəndə nəhəngi Walmart-ın keçmiş baş direktoru Mark Lore də futuristik şəhər qurmaq istəyir. 2021-ci ildə elan edilən Telosa yeni texnologiyalardan istifadə edən süni intellektin üstünlük təşkil etdiyi bir məkan olacaq. Lore Telosada 50 min insanın yaşayacağını və şəhərin 400 milyard dollara başa gələcəyini açıqlayıb.
Texnologiya nəhəngi Oracle-ın qurucusu Larri Ellison Havayda bir ada alıb və orada öz şəhərciyini tikib. Digərlərindən fərqli olaraq, 124 milyard dollar sərvəti olan Ellison dəbdəbəni daha çox sevir. Ellison adada sağlamlıq mərkəzi olan bir kurort yaradıb. Təxminən 3000 insanın yaşadığı ada bir çox məşhurun sevimli məkanına çevrilib.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı