Futbol üzrə İspaniya La Liqasında XXI turun oyunları davam edir.
BUTA.TV xəbər verir ki, turun maraqlı görüşlərindən biri “Betis” və “Barselona” arasında olub. Gərgin keçən oyun Kataloniya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Barselona”nın əzəli rəqibi "Real Madrid" də turu qələbə ilə bitirib. Paytaxt klubu doğma meydanda "Almeriya"ya 3:2 hesabı ilə qalib gəlib.
Turun digər oyunlarında "Real Sosyedad" səfərdə "Selta"nı 1:0, "Osasuna" isə "Xetafe"ni 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, "Real Madrid" 51 xalla liderdir. "Jirona" 49 xalla 2-ci, "Barselona" 44 xalla 3-cü, "Atletik Bilbao" isə 41 xalla dördüncü pillədə qərarlaşıb.
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...
- Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan