Lüks həyatını, məşurlarla dostluğunu sosial şəbəkələr vasitəsi ilə gündəmə gətirməkdən çəkinməyən, SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin sabiq rəisi Adnan Əhmədzadənin ikinci Həyat yoldaşı Gülsəfə Cəfərova sabiq hüquq təmsilçisinin qızı imiş.
BUTA.TV xəbər verir ki, son dönəm daha çox işi adamı kimi təqdim edilən (etdirən) Adnan Əhmədzadə hüquq siyasəti şöbəsinin müdir müavini Osman Cəfərovun qızıdır. Osman Cəfərov 2022-ci ildə dünyasını dəyişib. O.Cəfərov əslən Qazaxın Şıxlı kəndindən olub. Mərhum gənclik illlərində təhsil almaq üçün Bakıya gəlib və bundan sonra ömrünün qalan həyatını paytaxtda yaşamağa davam edib. Onun övladlarından 1992-ci il təvəllüdlü Gülsəfa Cəfərov İngiltərədə təhsil alıb. Cütlüyün tanış olma hekayəsi də elə orada baş verib.
Son zamanlar cütlük hər yerə birlikdə gedir, istər Kann Film Festivalında “The İdol” filminin premyerasında, istərsə də digər dünya səviyyəli şəxslərin evlərinə qonaq gedərkən birlikdə boy göstərirlər.
Adnan Əhmədzadənin sosial şəbəkədəki paylaşımlarından da görünür ki, o, məftunedici həyatında güzəştə getmir.
Qeyd edək ki, A.Əhmədzadə 2006-cı ildən SOCAR-ın Marketing və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub, “SOCAR-Trading”ə rəhbərlik edib. Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İspaniyada biznesmen kimi tanınır.
Xatırladaq ki, Adnan Əhmədzadə lüks həyatını əks etdirən görüntüləri şəxsi instagram hesabında paylaşır. Mətbuatda Əhmədzadələr ailəsinin Azərbaycanın milyardlarını, neftinin hesabına necə milyonçu olduğunu əks etdirən saysız-hesabsız məqalələr var. Bu görüntülərlə A.Əhmədzadə birdən-birə və hansı yollarla varlandığını əks etdirən məqalələri təsdiqləmiş olur.
- Ceyhun Bayramov Kiyevdə - Foto
- Gəncədə restoran qarşısında kütləvi dava: ölən var
- Canlı yayım zamanı güllələnərək öldürüldü - Video
- Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib
- Atasının pensiyasını almaq üçün meyitini illərlə dondurucuda gizlətdi
- 18 yaşında universitet professoru oldu - 306 illik rekord
- DİM sədrindən çağırış: Düzgün məlumatı...
- Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi