Əgər Ukrayna uduzsa, o zaman ABŞ-ın düşmənləri dünya nizamını müəyyən edəcək.
Bunu NATO-nun keçmiş baş katibi lord Corc Robertson deyib.
“Əgər ukraynalılar uduzsalar, Putin qalib gəlsə, biz hamımız uduzacağıq. Ukrayna üzərində qələbədən sonra Putin Moldova, Ermənistan və Qazaxıstanı təmizləyəcək, orada bufer-zona yaradacaq”./Axar.az
BUTA.TV xatırladır ki, son vaxtlar Rusiya-Ermənistan münasibətlərindəki gərginlik pik nöqtəsinə çatıb.
İrəvanın anti-Rusiya fəaliyyəti Moskvanı daha sərt addımlar atmağa vadar edib. Bu baxımdan, NATO-nun keçmiş baş katibi Lord Corc Robertsonunun xəbərdarlığını ciddi qəbul etmək lazımdır.
Analitiklər də hesab edirlər ki, Ukrayna üzərində qələbədən sonra Putin səmtini Ermənistana doğru çevirəcək. Paşinyanın “papadan artıq katolik” olmaq cəhdi 2 dövlət arasında dərin uçurum yaradıb. Putinin Ukraynada əldə edəcəyi qələbə Paşinyanı bu uçurumdan üzü aşağı yuvarlaya bilər.
Rafi MÜSLÜMOV
- Prezident Göyçə gölündən danışdı: Xəritəyə baxın!
- Məhkəmə: Təqsirləri sübutlarla təsdiqləndi
- Müharibədə birinci biz bunu tətbiq etmişik - Prezident
- Azərbaycanlıların qayıtması Ermənistanı qorxutmasın!
- Bu kürsüdən dövlət strukturlarına göstəriş verirəm...
- Təbii sərvətlər gec-tez tükənəcək - İlham Əliyev
- Prezident hərbi paraddan danışdı
- Yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək