Kanadada oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istəyən qruplaşma üzvləri həbs edilib
BUTA.TV Report-a istinadən xəbər verir ki, Ontarionun Toronto şəhərində avtomobil oğurluğu ilə bağlı bir ay davam edən təhqiqatdan sonra 11 nəfərin 100-ə yaxın cinayətdə ittiham olunduğunu bildirib. York Regional Polisi, son iki ay ərzində bir çox şəhərlərdə silsilə axtarışlardan sonra oğurlanmış 52 avtomobili tapdığını bildirib.
Müstəntiqlər bildiriblər ki, cinayətkar qrup yüksək səviyyəli avtomobilləri hədəf seçərək, nəqliyyat vasitəlırini Azərbaycan və Gürcüstan kimi uzaq ölkələrə göndərməyi planlaşdırıb.
Şübhəli şəxlərə avtonəqliyyat vasitələrinin oğurlanması, cinayət yolu ilə əldə edilmiş əmlakın ticarəti də daxil olmaqla, ümumilikdə 96 ittiham irəli sürülüb.
- Canlı yayım zamanı güllələnərək öldürüldü - Video
- Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib
- Atasının pensiyasını almaq üçün meyitini illərlə dondurucuda gizlətdi
- 18 yaşında universitet professoru oldu - 306 illik rekord
- DİM sədrindən çağırış: Düzgün məlumatı...
- Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi
- Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü
- “Görür ki, 18 manatdır, çolpa budu alıb gedir” - Video