Bakının Nərimanov rayonunda saxta nömrə ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğu üçün “Land Rover” markalı, 10 KE 815 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilib.
Sürücü idarəetməni davam etdirərək yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq hərəkətləri edib. Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Anar Fəqani oğlu Piriyev saxlanılıb.
Araşdırma zamanı onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının əslində 77 AX 540 olduğu amma yol hərəkəti qaydalarını pozan zaman məsuliyyətdən yayınmaq üçün digət saxta dövlət qeydiyyat nişanından istifadə etdiyi müəyyən edilib.
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Piriyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
- 70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi