Yaxşı, 2000-ci ildə prezident oldum. Fikirləşirdim ki, budur, Yuqoslaviya məsələsi bitdi, münasibətləri bərpa etməyə çalışmaq lazımdır, hələ də Rusiyanın keçməyə çalışdığı bu qapını açaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib.
“Üstəlik, bu barədə açıq şəkildə danışdım. Kremldə Bill Klintonla görüşdə, düz burada, qonşu otaqda ona sual verdim: Qulaq as, Bill, sən nə düşünürsən, Rusiya NATO-ya daxil olmaq məsələsini qaldırsa, sizcə, bu, mümkün olardımı? O da dedi ki, bilirsən, bu maraqlıdır, məncə, hə. Axşam isə şam yeməyində görüşəndə o mənə belə dedi: “Bilirsiniz, mən öz adamlarımla, komandamla danışdım, yox, indi bu, mümkün deyil. Ondan soruşa bilərsiniz, məncə, müsahibəmizi eşidəcək və təsdiq edəcək. Bu baş verməsəydi, heç vaxt belə bir şey deməzdim”, - o bildirib.
- Husilər Səudiyyəyə hücum etdi: yaralılar var
- Bolqarıstanda hərbi zavoddakı partlayışın səbəbi nədir?
- Fidan və Arakçı Səudiyyəyə hücumdan danışdı
- Rusiyada bu hava limanları bağlandı
- Putin və Tokayev görüşdü
- Bu ölkə İranla görüşlərdən imtina etdi
- Tramp onu güclü lider adlandırdı: Səbirsizliklə gözləyirəm
- Rusiya kateri Qara dənizdə belə vuruldu - Video