Ağ Evə qayıdandan sonra Ukraynadakı müharibəni dayandıracağam. Lakin Kiyev və Moskva öz aralarında (ABŞ olmadan - red.) razılığa gələrsə, ABŞ milyardlarla dollar itirə bilər.
BUTA.TV “Blumberq”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti və hazırkı prezidentliyə namizəd Donald Tramp Cənubi Karolina ştatında keçirilən mitinqdə deyib.
Tramp qeyd edib ki, Kremlin Ukraynaya qarşı müharibəsi sona çatmalıdır. Lakin o, bir daha Kiyevə əlavə hərbi yardımın göstərilməsinə razı olmadığını bildirib.
Eyni zamanda, Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini "tarixin ən görkəmli satıcısı" adlandırıb və Ukraynanın Rusiya ilə müqavilə bağlayacağı təqdirdə ABŞ-ın yüz milyardlarla dollar itirəcəyini vurğulayıb:
"O zaman onlar bizimlə daha iş görmək istəməyəcəklər".
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı
- Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər
- Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video
- Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım olacaq
- Sergey Narışkin Bakıya gəlib
- Məhkəmədə Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi
- “Zəfər” ordenli generala yüksək vəzifə verildi
- Qazaxıstan nümayəndələri Azərbaycan HHQ-ni ziyarət etdi – Foto