"Axır ki, həccə getməyin qiyməti açıqlandı. Ən ucuz paket 5850 ABŞ dolları, yəni 10 min AZN təşkil edir. Bura həcc ərəfəsində qidalanmaq, ehramlar, kəsəcəyiniz qurbanlar daxil deyil. Nəzərə alın... Bodruma, Pattayaya, Havay adalarına, Maldivlərə gedənlərə heç kim heç nə deyə bilməyəcəyi kimi həccə gedənlərə də, mən də daxil olmaqla qarışmaq ixtiyarımız yoxdur". BUTA.TV-nin xəbərinə görə, bunu ilahiyyatçı Elşad Miri bildirib.
"Hər nə qədər həcdən başqa adlarını yazdığım digər yerlərə gedənlər bunu dinin əmri kimi qəbul etməsə də, qarışa bilmərik. Özləri bilər. Kim gedib şeytan daşlayacaqsa, bunu da özləri bilər (hələ də öldürə bilməyiblər). Kim gedib lüt bədənə iki dəsmal bağlayıb bunu ehram adlandıracaqsa, tikili heç nə geyinməyəcəksə, bunu da özləri bilər. Qayıdandan sonra özlərinə həci və həcixanım dedizdirəcəklərsə, bunu da özləri bilər yox, özləri bilir. Özüm neçə dəfə getmişəmsə, başqalarının getməyinə niyə qarışıram axı..." - o qeyd edib.
- Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?
- Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var
- Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat
- Paşinyan Azərbaycanla sərhəddə
- Yevgeni Belousov Bakıdan Moskvaya uçdu
- Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı
- Bu, Zəfərin mühüm strateji mərhələsi idi
- Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video