Qroznı məhkəməsi ötən il Volqoqrad şəhərində müsəlmanların müqəddəs kitabı olan Quranı yandıran Nikita Juraveli 3,5 il müddətinə azadlıqdan məhrum edib.
BUTA.TV Konkret.az-a istinadən xəbər verir ki, Juravelə qarşı Cinayət Məcəlləsinin 148-ci (dini mərasimlərin keçirildiyi yerlərdə dindarların hisslərini açıq şəkildə təhqir etmə) və 213-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri üzrə ittihamlar irəli sürülüb.
İstintaq Komitəsindən bildirilib ki, Çeçenistan Respublikası sakinlərinin çoxsaylı müraciətləri əsasında Juravelin məhkəməsi Çeçenistanda baş tutub. Qroznıdan olan 13 imam işdə zərərçəkmiş kimi tanınıb.
Məhbusun dindirilməsi videosu Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən yayımlanıb. O, sifarişi Ukrayna Təhlükəsizlik Xidmətindən aldığını deyib:
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
“Məndən Volqoqrad vilayətində xristianlar və müsəlmanlar arasında dini ədavəti qızışdırmaq tələb olunurdu. Göstərişlə hərəkət etmişəm və buna görə 10 min rublun veriləcəyini demişdilər”
Xatırladaq ki, Juravel 2023-cü ilin yayında təcridxanada Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun 15 yaşlı oğlu Adam tərəfindən döyülüb. Ramzan Kadırov isə döyülmə anının görüntülərini paylaşıb və oğlunun əməli ilə fəxr etdiyini bildirib.
- Husilər Qırmızı dəniz sahillərini tam nəzarətə götürdü
- Türkiyədə hərbi maşın aşdı: ölən və yaralananlar var
- Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
- Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
- Norveç şahzadəsi 94 yaşında vəfat etdi
- Özbəkistanda polislər turistlərin mühafizəçisi olacaq
- Britaniya Rusiyanın itkilərini açıqladı: Dəhşətli rəqəmlər
- Rus ordusu iki kəndi işğal etdi