Rusiyadan əsas aldığımız “Premium” markalı benzindir. Ona görə də hazırkı qadağanın Azərbaycana ciddi təsir edəcəyini düşünmürəm.
Bu sözləri BUTA.TV-a iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın martın 1-dən benzin ixracına qadağa qoymasının Azərbaycanda yanacağın qiymətinə təsiri ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Rusiyanın yanacaq ixracatına qadağa qoyması birinci dəfə deyil:
“Bundan öncə də bənzər addımlar atılıb. Amma bəzi ölkələrə kvotalarla ixracın həyata keçirilməsinə icazə verilirdi. Tam qadağa deyil. Azərbaycan əvvəllər o kvotalardan istifadə edib”.
Ekspert bildirib ki, Azərbaycanda yanacağın qiymətinin tənzimlənməsi Rusiya amilindən asılı deyil:
“Birincisi, neftayırama zavodundakı təmirin böyük hissəsi başa çatıb. İkincisi isə Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzindən başqa, digərləri dövlət tərəfindən tənzimlənir, dünya bazarı ilə birbaşa əlaqəli deyil. Hansısa bir dəyişiklik olacağını düşünmürəm”.
- Dağlara sığınmış mavi palitra - Səma yerə necə endi? - Fotolar
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video
- Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto