Son zamanlar Azərbaycanda xarici valyutaya ciddi tələbat artımı müşahidə olunur. Bir çoxları bunun mümkün devalvasiyanın siqnalı hesab edirlər.
“BUTA TV” xəbər verir ki, bu mövzuyla bağlı iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində paylaşım edib: “Yanvar ayında ölkədə valyuta ilə depozitlər 2023-cü ilin dekabrına görə xeyli artıb - yanvarda fiziki şəxslərin xarici valyutada depozitləri 284,4 milyon manat artaraq 4 milyard 555,6 milyon manata, hüquqi şəxslərin xarici valyutada depozitləri 542 milyon manat artaraq 9 milyard 548,9 milyon manata yüksəlib.
Bu ilin yanvarında milli valyutada depozitlər 381,1 milyon manat azalıb – yəni, insanlar manatda olan depozitlərini dollara dəyişməyə başlayıblar.
Başqa bir xəbər də var - 2024-cü ilin Yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə Azərbaycan banklarının xarici valyutada cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 315,2 milyon manat artaraq 4 milyard 682 milyon manata çatıb. 2024-cü ilin yanvar ayında bankların cəmi kredit portfelindəki artımın 82%-i xarici valyutada verilən kreditlər ilə bağlı olub.
Bundan başqa Mərkəzi Bankın keçirdiyi formal “hərraclarda” dollara tələbat da kəskin artıb - 2024-cü ilin əvvəlindən bu yana keçirilmiş 15 valyuta hərracında banklara cəmi 1 milyard 207,7 milyon dollar satılıb.
Bütün bu rəqəmlər onu göstərir ki, valyuta ilə bağlı gözləntilər artıb, ciddi ajiotaj, təlaş var – Mərkəzi Bank və hökumət isə bu gözləntiləri normal idarə edə bilmir.
Vətəndaşlar və bizneslə ciddi kommunikasiya problemi var – bu isə təlaşı artıran faktordur. Dünyada Mərkəzi Bankların əsas funksiyalarından biri də gözləntiləri idarə etmək, sözlü müdaxilələrlə proseslərə yön verməkdir – hələ ki, bizdə bu sahə axsayır.
Mənim fikrimcə (dəfələrlə publik açıqlamalarda da bunu demişəm), Azərbaycanda devalvasiya qaçılmazdır, sadəcə zaman məsələsidir. Açığı, bu il olacağına inanmıram, çünki ölkədə seçki sürəcləri var, amma gələn il ərzində hökumət bu addıma getməyə məcbur qalacaq. Hökumətin ən böyük günahı odur ki, heç vaxt öz səhvlərindən nəticə çıxarmır, 2015-ci il devalvasiyalarından sonra bu yazıq manata balaca “hovuz” düzəldib yavaş-yavaş “üzməyi” öyrətməli idilər – etmədilər, sadəcə inzibatı üsulla məzənnə siyasəti yürütdülər. İnzibati üsulla, əmrlə məzənnəni bir müddət sabit saxlamaq olur, bu daimi proses deyil, ola da bilməz, necə ki, 2005-2015-ci illər arası biz bunu gördük – 10 illik sabit məzənnə rejimi, sonra 3 pilləli devalvasiya.
2025-ci ildə növbəti 10 illik dövr başa çatır...”
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir