Azərbaycanın bu il yanvarın 1-nə 6 461,2 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 87,9 %-i elə dollarda olub.
BUTA.TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borcun tərkibində avro 5,4 %, yapon yeni 2,9 %, digər valyutalar 0,5 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,3 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 43,1 %-ni, sabit dərəcə ilə olanlar isə 56,9 %-ni təşkil edib.
Xarici dövlət borcunun 52,5 %-i 5 ilə qədər olan müddətdə, 40,3 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 7,2 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Bu il yanvarın 1-nə xarici dövlət borcunun 55,7 %-i çoxtərəfli maliyyə institutları üzrə, 35,4 %-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 8,9 %-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.
- Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...
- İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış
- Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi
- Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov
- Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto
- Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan
- Ermənistan vətəndaşlarına bu tarixdə hökm oxunacaq
- İran Azərbaycanda olmayan bazanı vuracaq - Şamxani hədələdi