Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti ilin ilk iki ayında 11,084 milyard dollar artıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Məlumata görə, ən çox qazanan “Yevroxim” və SUEK şirkətlərinin keçmiş benefisiarı Andrey Melniçenko olub:
“O, reytinqdə altıncı yerə yüksəlib. Onun sərvəti 3,86 milyard dollar artaraq, 22,7 milyard dollara çatıb. “Nornikel”in əsas sahiblərindən biri Vladimir Potaninin sərvəti isə ilin əvvəlindən 37,1 milyon dollar azalaraq 31 milyard dollara düşüb. Lakin o, birinciliyini qoruya bilib.
İkinci yeri “Novatek”in həmsahibi Leonid Mixelson tutur, onun da kapitalı 710 milyon dollar azalaraq 26,8 milyarda düşüb.
Üçüncü yeri isə sərvəti 1,51 milyard dollar artaraq 26,2 milyarda çatan “Lukoyl”un sahibi Vahid Ələkbərov saxlayıb. Dördüncü yerdə sərvətini 1,49 milyard dollar artıraraq 25,4 milyarda çatdıran NLMK-nın benefisiarı Vladimir Lisin qərarlaşıb. Beşinci yeri “Severstal”ın əsas benefisiarı Aleksey Mordaşov tutur, onun sərvəti 2,08 milyard dollar artaraq 23 milyarda çatıb.
Əlişir Usmanov (“Metalloinvest”, “Meqafon”) bu ay yeddinci yerə düşüb, onun kapitalı ilin əvvəlindən 875 milyon dollar azalaraq 20,2 milyard olub”.
- Vətəndaş müharibəsi və parçalama ssenarisi: İranı nə gözləyir?
- Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi
- Bakıdan 48 vaqon neft məhsulu Ermənistana yola salındı - Video
- ABŞ eksperti Pəhləvinin “35%-lik reytinqi”ni hardan çıxarıb?
- Nəsimi Nəbizadə ilə bağlı bütün suallara aydınlıq gətirildi
- Zəngəzur məsələsində cəsarətli addım... - Pol Qobl
- Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan
- Azərbaycanın bu qədər ərazisi nəzarətimizdədir - Simonyan