Türkiyə bu ölkəyə hərbi kontingent göndərəcək
Türkiyə yaxın həftələrdə Səudiyyə Ərəbistanına məhdud sayda hərbçi və hərbi texnika göndərməklə bu ölkədəki hərbi mövcudluğunu artırmağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə “Middle East Eye” türkiyəli rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Türkiyə 2025-ci ildən Səudiyyə Ərəbistanında ölkənin kritik infrastrukturunun qorunması məqsədilə texniki qruplar, hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri yerləşdirir.
Bundan başqa Türkiyə 2010-cu ildə imzalanmış ikitərəfli saziş əsasında texniki məqsədlərlə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərə bilər. Hərbi mövcudluğun genişləndirilməsi üçün isə Türkiyə parlamentinin razılığı tələb olunur.
Portal yazır ki, Türkiyə parlamentinin müvafiq mandatı oktyabr ayı ərzində təsdiqləyəcəyi və bundan sonra Səudiyyə Ərəbistanına xüsusi təyinatlı qüvvələr, pilotlar və təyyarələrin göndəriləcəyi gözlənilir.
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto