Azərbaycan quru sərhədlərini açır? - Deputatdan mühüm açıqlama

17:06 - 12 Mart 2024 - CƏMİYYƏT

 Azərbaycan quru sərhədlərini açır? - Deputatdan mühüm açıqlama

Azərbaycanla quru sərhədlərin açılması qonşu ölkədən Gürcüstana gələnlərin sayının artmasına müsbət təsir göstərəcək. Bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib. Nazirin sözlərinə görə, Azərbaycanın sərhədlərlə bağlı konkret arqumentləri var: 

“Bilirik ki, səbəblərdən biri koronavirus idi, təhlükəsizlik baxımından bağlanmışdı. Daha sonra təhlükəsizlik nöqteyi-nəzərindən regionda hadisələr inkişaf etdi, ona görə Azərbaycanın nə üçün belə qərar verdiyini deyə bilmərəm. Əgər bu yöndə müsbət qərar qəbul edilərsə, Azərbaycan vətəndaşlarının Gürcüstana gəlişi asanlaşacaq və biz bunu alqışlayacağıq”. 

Mövzunu şərh edən millət vəkili Fazil Mustafa bildirib ki, sərhədlərin bağlı qalması insanlara maddi olaraq ciddi ziyan vurur:

“Hələki bu istiqamətdə aydın bir yanaşma yoxdur. Sərhədlər qismən açılmalıdır və xüsusi kateqoriya insanlar var ki, bu onların gediş-gəlişi üçün böyük problemlər yaradır. Sərhədlərin bağlı qalması maddi baxımdan insanlara ciddi zərbə vurur. Hər halda bu istiqamətdə düşünülməlidir. Çünki belə bir gedişatda bu məsələnin görməzlikdən gəlinməsi mümkün deyil”. 

Deputat qeyd edib ki, yaxın gələcəkdə sərhədlərin açılması ilə bağlı addımların atılması mütləqdir.

“Xüsusən tələbələr, xəstə insanlar üçün ciddi narazılıq yaradır. Bu istiqamətdə konkret addımlar atılarsa, müsbət irəliləyişlər əldə edilə bilər. İnsanların turizm, müalicə, ticarət və başqa məsələlərin həllində sərhədlərin açılması lazımdır. Düzdü, sərhədlərin bağlı qalması ilə bağlı hökumətin müəyyən mülahizələri var, amma bunun əvvəl-axır bir sonu olmalıdır. Davam edən proseslərin fonunda sərhədlərin açılması mütləqdir”. 

Nazim Hacıyev 


- kanalımız


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol