Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev həmkarına açılışda iştirak edən Azərbaycan ziyalılarını təqdim edib.
Təqdimat mərasimində maraqlı dialoq yaşanıb:
Prezident İlham Əliyev: Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır, yəqin ki, onu tanıyırsınız. O, Xalq yazıçısıdır.
Prezident Qasım-Jomart Tokayev: Bəli, tanıyıram.
Xalq yazıçısı Anar: Mən onun atası haqqında yazmışam.
Prezident İlham Əliyev: Milli Konservatoriyanın rektoru, Memarlar İttifaqının sədri.
Memarlar İttifaqının sədri Elbay Qasımzadə: Mən qazax adı daşıyıram, adım Elbaydır. Atam mənə cəbhədə həlak olmuş dostunun adını qoyub.
Prezident İlham Əliyev: Məşhur kinorejissor Oqtay Mirqasımov, Rəssamlıq Akademiyasının rektoru xalq rəssamı Natiq Əliyev, bizim gənc istedadlarımız buradadırlar…
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq
- Azərbaycanı vurmağın asan yolu...
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?
- Bakıda yük avtomobili yandı
- Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi
- Məhkəmədən Kamran Əsədovla bağlı qərar...