Həftədə 15 min addım atmaq ömrü 3 il uzadır

02:06 - 13 Mart 2024 - SAĞLAMLIQ

 Həftədə 15 min addım atmaq ömrü 3 il uzadır

Yeni bir araşdırma həftədə cəmi 15 min addım atmağın ömürə üç il əlavə edə biləcəyini göstərib.

BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada London İqtisadiyyat Məktəbi ilə sığorta şirkətlərindən birinin apardığı ortaq araşdırma ömrü uzatmağın yolunun hərəkət etməkdən keçdiyini sübuta yetirib.

Tədqiqat çərçivəsində Böyük Britaniya və Cənubi Afrikada on il ərzində bir milyondan çox insanın davranış və vərdişləri təhlil edilib. Nəticələr göstərib ki, fiziki aktivlik bütün yaş qruplarında böyük müsbət təsirlərə səbəb olur, lakin xüsusilə yaşlı nəsil üçün daha effektivdir. Həftədə üç dəfədən çox, müntəzəm olaraq 7 500 addım atan 65 yaşdan yuxarı insanlarda ölüm riskində 52 faiz azalma müşahidə olunub. Bu, 45-65 yaş qrupunda müşahidə edilən 38 faizlik azalmadan və ümumi əhalinin sayı üzrə 27 faizlik azalmadan əhəmiyyətli dərəcədə böyükdür.

İki il ərzində həftədə üç dəfə, ən azı 5 000 addım ataraq sağlam fiziki fəaliyyət vərdişini saxlamaqla kişilər üçün orta ömür uzunluğuna 2,5 il, qadınlar üçün isə 3 il əlavə oluna biləcəyi müşahidə edilib.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Bu, həmçinin 2-ci tip diabet nisbətinin azalmasına və bu xəstəlikdən əziyyət çəkənlərdə ölüm riskinin 40 faiz aşağı düşməsinə də gətirib çıxarıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol