Azərbaycanda pensiyaçıların sayında azalma müşahidə olunur.
2024-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib ki, ölkə əhalisinin 10,8 faizi pensiyaçı olub. BUTA.TV “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, 2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il pensiyaçıların sayında azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub.
Yəni, 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb. Ekspertin sözlərinə görə, statisitik rəqəmlər göstərir ki, qadınlar kişilərdən daha çox yaşayır.
Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Daha ətraflı videomaterialda:
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...