Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
BUTA.TV fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (hər iki halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;
1.5. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, maddə 166 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə “19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində və yeddinci hissəsində (ikinci halda)” sözləri “19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (hər üç halda) və ikinci (hər iki halda) cümlələrində, 19-2-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci cümləsində, altıncı (hər iki halda) və yeddinci (hər iki halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda)” sözləri ilə əvəz edilsin;
3.2. 2.2-ci bəndə “Qanunun” sözündən sonra “19-1-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində (birinci halda) və” sözləri, “orqan” sözündən sonra “(qurum)” sözü əlavə edilsin;
3.3. 2.3-cü bənddən “19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və üçüncü hissəsində (birinci halda), 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda), yeddinci (birinci halda), 19-3-cü maddəsinin altıncı (hər iki halda), 19-4-cü maddəsinin üçüncü (hər iki halda),” sözləri çıxarılsın;
3.4. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
“2.3-1. həmin Qanunun 19-1-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, üçüncü hissəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində, 19-2-ci maddəsinin birinci, altıncı (hər iki halda) və yeddinci (birinci halda) hissələrində, 19-3-cü maddəsinin altıncı hissəsində (hər iki halda) və 19-4-cü maddəsinin üçüncü hissəsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
3.5. 2.12-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.12. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;”;
3.6. 2.13-cü bənddən “və yeddinci hissəsində” sözləri çıxarılsın;
3.7. aşağıdakı məzmunda 2.13-2-ci bənd əlavə edilsin:
“2.13-2. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsinin birinci cümləsində (üçüncü halda) və 19-2-ci maddəsinin yeddinci hissəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nəzərdə tutulur;”.
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…