"Taksilərlə bağlı qəbul edilən qərarlar Azərbaycanın avtomobil bazarında ajiotaj yaradıb. "Prius"ların kütləvi şəkildə satışa çıxarılmasında çox danışılıb deyə bunun üzərində dayanmayacağam. Mən onu demək istəyirəm ki, son 10-15 gündə yaşı 15 ildən çox olan bütün avtomobillərin kütləvi şəkildə satışa çıxarılması müşahidə edilir".
BUTA.TV xəbər verir ki, bunu Bizim.media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, yaşı çox olan maşınların qiymətləri yarıbayarı aşağı düşüb:
"Məsələn, bir ay əvvəl 12 minə olan "Prius"lar 6-7 minə, 16 minə olan "Prius"larsa 8-9 minə təklif olunur. Bundan başqa digər avtomobillərin satış sayında da artım var. Nəzərə alaq ki, bu gün şəhərlərarası taksi xidməti göstərən avtomobillərin yaşı 20-dən yuxarıdır. Təbii ki, hökumətin bu qərarının həmin taksilərə də təsiri olacaq. Ona görə də həmin avtomobillərin sahibləri maşınlarını kütləvi şəkildə satışa çıxarırlar. Məsələn, buraxılış ili 20 ilə yaxın və bundan artıq olan "Mercedes-Benz", BMW, KIA, "Hyunday" və digər markalı avtomobillər hazırda əvvəlki aylarla müqayisədə ən azı 15-20 faiz aşağı qiymətə təklif olunur".
Akif Nəsirli hesab edir ki, tədricən qiymətlər daha çox düşəcək:
"Çünki buraxılış ili 2009-cu ildən əvvəl olan avtomobillərlə taksi fəaliyyəti göstərmək mümkün olmayacaq. Nəzərə alaq ki, taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərin də yaşı 15 ildən çoxdur. Ona görə də bu avtomobillərdən istifadə məcburi şəkildə məhdudlaşacaq. Buraxılış ili çox olan avtomobillər əsasən fərdi istifadə üçün yararlı olacaq. Bu isə köhnə avtomobillərə tələbatı azaldacaq. Nəticədə, köhnə avtomobillər yaxın bir neçə ayda xeyli ucuzlaşacaq".
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir
- AB və Azərbaycan arasında mühüm müzakirə
- Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi