“Paşinyana Nobel Sülh Mükafatı verilməlidir” - Novella Cəfəroğlu

12:15 - 24 Aprel 2024 - CƏMİYYƏT

 “Paşinyana Nobel Sülh Mükafatı verilməlidir” - Novella Cəfəroğlu

Ötən həftə Qazaxın işğalda olan 4 kəndinin Azərbaycana qaytarılması sülh və delimitasiya prosesinin gedişində olduqca müsbət addım kimi yadda qaldı. Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət öncə verdiyi vədə, yəni 4 kəndin qaytarılması ilə bağlı sözünə əməl etməsi Azərbaycan cəmiyyətində də müsbət reaksiyalara səbəb oldu. Bu addım hər iki ölkə cəmiyyətində sülhün əldə olunmasının real göründüyünü bir daha təsdiq etdi. Dünən isə ilk sərhəd sütunu Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş-Qazax hissəsində quraşdırıldı. 

Mövzu ilə bağlı danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, İlham Əliyevin və Paşinyanın sülh istiqamətində addığı addımlar Nobel Sülh Mükafatına layiqdir: 

“Paşinyan hər şeydən əvvəl öz millətinin qeydinə qalır. O görür ki, bu addımları atmasa, Ermənistan batıb gedəcək. Bu gün ermənilər haqqında fikirləşən, onların gələcəyini düşünən yeganə adam Paşinyandır. Düzdür, Paşinyanın addımlarını İlham Əliyevin uğurlu siyasəti ilə müqayisə etmək düzgün deyil. Amma bu gün Paşinyan da yüksək səylə öz xalqının gələcəyi və rifahı üçün əlindən gələni edir. Əlbəttə, onun addımları Azərbaycan cəmiyyətində də olduqca müsbət qarşılanır. Bu səbəbdən hər iki dövlət başçısının bu konfliktin həll olunması, qonşuluq münasibətlərinin bərpa edilməsi üçün atdıqları addımları Nobel Sülh Mükafatına layiqdir. Çünki bu addımlar bütün dünyaya göstərir ki, konfliktləri masa arxasında həll etmək mümkündür”. 

Novella Cəfəroğlu Qafqazda sabitliyin təmin olunmasının bütün region üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb: 

“Artıq dövr müharibələr, konfliktlər dövrü deyil. Müharibə ölkələrə sadəcə insan itkisi, iqtisadi, mədəni gerilik gətirir. Regionda, Qafqazda əmin-amanlıq, mehriban qonşuluq münasibətləri təmin olunmalıdır. Bütün dünyaya göstərməliyik ki, belə yaşamaq olar. Paşinyan ölkəsinin, xalqının düşdüyü vəziyyətin fərqindədir. Ona görə də Azərbaycanla sülh və müsbət münasibətlər yaratmağa çalışır. Bu baxımdan mən onun bu addımlarını müsbət qarşılayıram. Bugünkü gündə həm İlham Əliyev, həm də Nikol Paşinyan Nobel Sülh Mukafatına tam layiq rəhbərlərdir. Zamanla iki xalq arasında kin-küdurət, qarşılıqlı niftət də tədricən yox olacaq. Bunun üçün müəyyən zaman lazımdır


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol