Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndindəki körpünün bir hissəsi də Azərbaycan tərəfinin nəzarətində olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. Nəşr bildirir ki, dünən səhər saatlarında kənd sakinlərinin bəziləri körpünün üstündə avtomobillərin dayandığını görüblər. Erməni sakinlər ehtimal edirdilər ki, hakimiyyət bu ərazini minalardan təmizləmək və təhlükəsiz şəkildə Azərbaycana təhvil vermək üçün istehkamçıları işə cəlb ediblər.
"Sakinlərdən biri bizə bildirdi ki, kənddən ağır texnika da görünür ki, bu da mövqelərin sökülməsi prosesinə başlandığını sübut edir", - məqalədə qeyd olunur.
Qeyd edək ki, dünən sərhəddə Ermənistan ordusunun hərbi qulluqçusu minatəmizləmə işi zamanı minaya düşüb və ağır yaralanıb. Sözügedən mina Ermənistanın özü tərəfindən basdırılıb.
"İlham Əliyev artıq mina xəritələrini tələb etməklə kifayətlənmir, erməniləri məcbur edir ki, öz minalarını özləri təmizləsinlər, təmiz və təhlükəsiz şəkildə ərazini təhvil versinlər”, - məqalədə deyilir.
Erməni nəşri son vaxtlar baş verən hadisləri özünəməxsus formada şərh edib: "Təkcə hakimiyyət deyil, erməni xalqı da alçaldılır".
"Hraparak" bildirib ki, İrəvanın yeganıə vəzifəsi Bakının göstərişlərinə qeyd-şərtsiz əməl etməkdir.
- Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan
- Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə
- FTX Azərbaycan vətəndaşını saxladı
- Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi
- Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani
- Tolopilonun cəzasızlığı AZAL təyyarəsinin faciəsinə səbəb oldu...
- Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan
- Zəngəzurla bağlı son plan: 198 il Türkiyə nəzarət edəcək