Son günlərin ən çox müzakirə edilən layihəsi “Alatava” ilə bağlı qərar verilib.
Serialın sosial platformalarda yayılan versiyası bir müddət öncə birmənalı qarşılanmayıb. Rasim Balayev, Əli Nur kimi aktyorlar tərəfindən tənqid atəşinə tutulub.
Onların çıxışları isə özü ilə birgə yeni bir qalmaqalın təməlini qoyub. Serialın əsas simaları Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Rumiyyə Ağayeva isə qarşı tərəfə kəskin cavablar veriblər.
Ötən günlərdə İTV Yayım Şurası toplantı keçirib.
Kult.az Olay.az-a istinadla xəbər verir ki, iclasdan sonra “Alatava”nın Yutub platformasında iki versiyada yayımına qərar verilib.
Serialın yayımlanan sonuncu 4-cü bölümünə həm orijinal, həm də efir versiyasında baxa bilərsiniz. Bunun üçün platformanın sazlamalar hissəsindən iki versiyadan birini seçmək kifayətdir.
- Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib
- “Sədərək” və “Binə” bağlana bilər... - Açıqlama
- Saleh Məmmədov Almaniyada 24 ha torpaq alıb? - Foto
- Əks istiqamətdə hərəkət etdilər, qəza şəraiti yaratdılar - Video
- Ağdamın daha bir kəndində yanğın başladı
- Neftimizin qiyməti yenidən 100 dolları ötdü
- Hüquqşünas alimə cinayət işi açıldı
- GL Group və Baker Hughes şirkətləri saziş imzalayıb