Bu gün Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçiriləcək.
BUTA.TV xəbər verir ki, Rusiya Konstitusiyasına əsasən, mərasim saat 12:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.
Prezidentin andiçmə mərasiminin təxminən bir saat davam edəcəyi gözlənilir. Həmin andan Putinin yeni altı illik prezidentlik müddəti başlayacaq.
Andiçmə mərasimi yerli telekanallar tərəfindən canlı yayımlanacaq.
Qeyd edək ki, bu, Putinin siyasi karyerasında 5-ci andiçmə mərasimi olacaq.
Xatırladaq ki, 2024-cü ilin 15-17 mart tarixlərində Rusiyada keçirilmiş prezident seçkilərində MSK Vladimir Putinin 87.28 faizlə qalib gəldiyini açıqlayıb.
- İlk müntəzəm reys: Təbriz-Bakı-Məşhəd...
- FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Qadını mağazada döydü - Saxlanıldı+Video
- DYP dəhşətli qəzanın görüntülərini yaydı - Video
- İstanbulda nəhəng çəyirtkələr evlərə kimi gəldi - Video
- 44 günlük Müharibə qəhrəmanı 44 yaşında
- Sabunçuda açıq ərazidə yanğın başladı