Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş keşişi Baqrat Qalstanyan Rusiyanın ən yaxşı agentlərindən biridir.
BUTA.TV xəbər verir ki, bunu hakim Mülki Müqavilə Partiyasından olan deputat Qagik Melkonyan keşiş Baqratın delimitasiyaya etiraz olaraq Azərbaycanla sərhəddən İrəvana doğru başlayan yürüşü barədə açıqlamasında deyib.
“Müxalifət xalqı toplaya bilmədi. Baqramyan prospekti aylarla bağlı saxlanıldı, insanları toplamaq üçün hər şeyi etdilər, amma bacarmadılar. İndi isə arxiyepiskopun arxasınca 40 nəfər gəzir”, - Melkonyan bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistanı müharibəyə soxmaq üçün Baqratdan 5-ci kolon kimi istifadə edir:
“Rusiyanın Ermənistanda həmişə agentləri olub, bu gün də aktivdirlər. Kilsə KQB ilə əlaqəli idi. Xaricdəki keşişlərimizin yarıdan çoxu KQB agentləri idi. Bu barədə özləri danışırlar”.
- Naxçıvanda ağır qəza - 16 yaşlı yeniyetmə öldü
- İlk müntəzəm reys: Təbriz-Bakı-Məşhəd...
- FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Qadını mağazada döydü - Saxlanıldı+Video
- DYP dəhşətli qəzanın görüntülərini yaydı - Video
- İstanbulda nəhəng çəyirtkələr evlərə kimi gəldi - Video
- 44 günlük Müharibə qəhrəmanı 44 yaşında