Qərbin tör-töküntüləri deyir ki, Prezident İlham Əliyev “Ermənistan bizim tələbimiz əsasında 4 kəndi azad edir” sözləri ilə Rusiyanın maraqlarına xidmət edən erməni müxalifətini iddiasını təsdiqlədi və bu, sülhə xidmət etmir. İlham Əliyev desəydi ki, Ermənistan bizim tələbimizlə yox, özü könüllü olaraq 4 kəndimizi azad edir, bu, Ermənistan müxalifətini “təkzi”, Paşiyana “kömək” olacaqdı? Həmin adamlar ciddiliyini itiriblər, diktə ilə danışırlar.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
“Paşinyan vaxtında sülh sazişini imzalasaydı, indiki təzyiqlərlə də üz-üzə qalmazdı. O, Fransaya, ABŞ-a güvənir və Ukraynada müharibənin sonunu gözləyir. Əmindir ki,Rusiyanın məğlub olması ilə həmin ölkədə hakimiyyətə qərbyönümlü adamlar gələcək və Rusiya da Birinci Qarabağ savaşında olduğu kimi, Qərbin tapşırığı ilə Ermənistanın yeni işğalçı müharibəsini dəstəkləyəcək. Ona görə Ermənistana belə bir şans verməməliyik. Qazaxıstanda danışıqlar məhz bu səbəbdən uğursuzluğa düçar oldu. Ermənistan özünü sülh tərəfdarı kimi göstərib, 4 kəndimizi işğaldan azad etməklə Azərbaycanın güc tətbiqinin hazırkı mərhələdə qarşısını almaq istəyir və vaxt udmağa çalışır”.
- İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama
- Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video
- Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili