Zaqatalaya yağan leysan yağışları bir sıra fəsadlar törədib.
BUTA.TV APA-ya istinadla xəbər ki, may ayının ilk günlərindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
May ayının 15-i axşam saatlarından rayon ərazisində yenidən yağıntılar intensivləşib. Gecə saatlarında dağlıq ərazilərə yağan leysan yağışları səbəbindən rayonun ən iri dağ çaylarından olan Böyük çay və Tala çaylarında suyun səviyyəsi həddən artıq çoxalıb.
Böyük çaydan qısamüddətli sel keçib. Çayın bəzi hissələrinin məcrasından çıxması səbəbindən Bəhmətli kəndinin bəzi fındıq bağlarını və həyətyanı sahələrini sel suları dolub. Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Lahıc və Bəhmətli kəndləri yaxınlığından keçən hissəsində avtomobillərin hərəkətində çətinliklər yaranıb. Tala çayında suyun həddən artıq çoxalması səbəbindən rayonun Höytala və Yolayrıc kəndlərinin əraziləri sel sularının basması təhlükəsi ilə üzləşib.
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
Hazırda müvafiq qurumlar əraziyə ezam olunub, fəsadların aradan qaldırılması istiqamətində işlər aparırlar.
- İran ətrafında gərginlik: ABŞ gecə əməliyyatına hazırlaşır
- Xanımlar və cənablar, Füzuliyə enməyə başlayırıq... - Video
- Peterburqda benzin qıtlığı: YDM-də uzun növbələr...
- Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
- Uzun müddət sonra ilk dəfə birlikdə görüntüləndilər
- Karapetyandan Paşinyana: Ruslar getsə, türklər gələcək!
- Yəmən də Muxaya zərbələr endirməyə başladı
- HƏMAS-ın iki komandiri öldürüldü