Bakı şəhərində daha bir söküntü aparılacaq ərazi məlum olub.
BUTA.TV-ın Trend-ə istinadən məlumatına görə, Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən, istismar müddəti başa çatmış 3 və 5 mərtəbəli köhnə yaşayış binalarının söküntüsünə başlanılacaq.
Məlumatda o da qeyd edilib ki, yerində on altı ədəd yeni müasir premium tipli binaların inşası nəzərdə tutulur.
Kompleksin həyətində park, uşaqlar üçün əyləncə mərkəzləri, uşaq bağçası, futbol meydançası və s. planlaşdırılır.
Qeyd edək ki, bundan öncə Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən üçmərtəbəli binanın söküldüyü barədə məlumat yayılmışdı.
- AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- Yararsız döyüş sursatları məhv ediləcək - MN
- 18 yaşlı qız tanışı olan oğlanı bıçaqladı
- İsmayıllıda ağır qəza: qadın öldü
- Türkmənistan Prezidenti Azərbaycana gəldi - Fotolar
- Bu xanıma yüksək vəzifə verildi - Foto
- Axı mən sənə əl vurmaq istəyirəm...
- Küləkli havada dənizə girməyin! - FHN