"Qarabağ" və "Zirə" komandaları arasında “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan Kubokunun final matçında tamaşaçıların rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri ayrılacaq.
BUTA.TV PFL-in saytına istinadən xəbər verir ki, oyun günü, yəni iyun ayının 2-də saat 17:00-dan etibarən metronun Koroğlu stansiyasının qarşısında (“Piramida”nın arxasında) “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobuslar futbolsevərlərin xidmətində olacaq.
“Qarabağ” və “Zirə” azarkeşlərinə istəyə uyğun olaraq klubların loqoları ilə işarələnmiş avtobuslardan istifadə imkanı da yaradılacaq.
Tamaşaçıların oyunun bitmə saatına uyğun olaraq əks istiqamətdə daşınması da təmin ediləcək.
Nəqliyyat vasitəsinin xidmətindən istifadə etmək üçün biletlərin təqdim olunması yetərlidir.
- ABŞ-ın ikinci şəxsi Bakıdan qayıdanda Arayikgili də özü ilə apara bilərmi?
- Nazirlik Səma müəllim barədə araşdırma başlatdı
- "Azər" yoxsa "Azəri"? - Millət vəkilindən mühüm şərh
- Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü
- Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...
- Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP
- Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi
- ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz