Kopırkinin çağırılma səbəbi: Nikol Narışkini rədd edib…

08:02 - 25 May 2024 - GÜNDƏM

 Kopırkinin çağırılma səbəbi: Nikol Narışkini rədd edib…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkini məsləhətləşmələr üçün geri çağırması Moskva-İrəvan xəttində baş verən qarşıdurma, xüsusilə Paşinyanın ad çəkməsə də, KTMT-nin iki üzvünün 2020-ci ildə “Ermənistana qarşı müharibə hazırlığında iştirak etdiyi” haqda ittihamı fonunda “məntiqi sonluq” kimi görünür.

Erməni baş nazir bununla Rusiya və KTMT-yə qarşı köhnə ittihamları bir qədər konkretləşdirir. Əgər Rusiya səfirini Nikolun son açıqlamalarına görə geri çağrıbsa, bu, gecikmiş addım hesab edilə bilər. Bu kontekstdə Kopırkinin geri çağırılmasının birbaşa Paşinyanın son açıqlamalarından qaynaqlandığı ehtimalı zəif görünür. Erməni baş nazirin mayın 8-də Moskvada Putinlə görüşü və “mübahisəli məsələ” olan rus sərhədçilərin bir hissəsinin Ermənistandan çıxarılması üzərində razılaşmaları da belə düşünməyə əsas verir. Moskva-İrəvan xəttində müəyyən normallaşmanın olduğu, yaxud normallaşma ilə bağlı ortaq mövqeyin önə çıxması görünürdü. Son bir neçə gündə qarşıdurma atmosferinin genişlənməsi, nəhayət, Kopırkinin geri çağırılması diqqəti bir neçə məqamın üzərinə yönəldir:

1. Mayın 21-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda səfərdə olub;

2. Mayın 22-də Paşinyan “hökumət saatı”nda çıxışı zamanı KTMT-yə qarşı ittihamlarını bir qədər də gücləndirib;

Bu xəbər hal-hazırda çox oxunur
Təyyarədə bizimkilər... - VİDEO

3. Ermənistan mediası Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi, Putinin köməkçisi olan Patruşevin xüsusi xidmət orqanlarının üzvlərindən ibarət nümayəndə heyəti ilə bu günlərdə qeyri-rəsmi şəkildə İrəvana gəldiyi, görüşlər keçirdiyi və Gümrüdəki bazaya baş çəkdiyi haqda məlumatlar yayıb.

Mümkündür ki, ABŞ hərbi dəstəyi genişləndirmək qarşılığında Ermənistanın KTMT-dən çıxmaq istiqamətində praktiki addımlar mərhələsinə keçməsini istəyir. Devid Koenin də İrəvana gətirdiyi məsələlərdən birinin bu oluduğu istisna deyil. Paşinyan da bu addıma legitimlik qazandırmaq, əsaslar yaratmaq məqsədilə KTMT-yə qarşı ittihamlarını genişləndirdi. Bunun fonunda Patruşevin İrəvanda “istəyini” ala bilməməsi də əsas versiyalardan bidir. Bu, Ermənistanın hərbi-siyasi oriyentasiyasını dəyişdirməsi, rus sərhədçilərin çıxarılması və Gümrüdəki baza ilə də bağlı ola bilər. Rusiya da səfirini geri çağırmaqla Ermənistana diplomatik əlaqələrdə arzuolunmaz vəziyyətin yarana biləcəyini göstərmək gedişi edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol