Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib.
BUTA.TV xəbər verir ki, sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən müəllimlər iştirak edirlər.
Qeyd edək ki, proses iyunun 21-də, 22-də və 24-də baş tutacaq. Növbəti günlərdə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiyada iştirak edəcəklər.
Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.
- İran nüvə bombası hazırlamalıdır - Ərdastani
- Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar
- Nazirlik növbəti dəfə qalib oldu
- Ağdərədə avtomobil aşdı: ər-arvad öldü
- Zeynəbin axtarışları hələ də davam edir - Video
- Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
- Abşeronda mühüm tədbir keçirildi - Foto
- 1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video