Mən fəxr edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi sammitində Kipr türk xalqını təmsil etmişəm. Türk dünyasının gücü birlikdədir!
BUTA.TV xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar bazar günü Lefkoşada keçirilən brifinqdə Azərbaycana səfərinin yekunlarını şərh edərkən bildirib.
Ersin Tatar göstərilən xüsusi diqqət və qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını bildirib. “ŞKTC nümayəndələri Azərbaycanda dövlət protokoluna uyğun olaraq qarşılanıb. Bu, əvvəllər yalnız Türkiyədə olub. Prezident İlham Əliyevə, eləcə də Şuşada sammitin təşkilində iştirak edən hər kəsə minnətdaram”, - deyə Tatar vurğulayıb.
Siyasətçi işğaldan azad edilmiş Xankəndi şəhərinə səfər etməkdən məmnunluğunu ifadə edib.
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
Tatar uzun müddətdir ki, bu cür əhəmiyyətli dialoq platformasında iştirak etməyə ümid etdiyini etiraf edib. “Bizim məqsədimiz TDT çərçivəsində əlaqələrin hərtərəfli inkişafıdır. ŞKTC bayrağının da Şuşada dalğalanmasından çox şadam”, - deyə ŞKTC lideri bildirib. Tatar eyni zamanda Aİ-nin ayrı-ayrı siyasətçilərinin Lefkoşanın Şuşada TDT-nin qeyri-rəsmi sammitinə dəvəti ilə bağlı reaksiyasını tənqid edib.
ŞKTC Prezidentinin sözlərinə görə, türk dövlətləri ilə əlaqələrin inkişafı Kipr türklərinin mövqelərinin möhkəmlənməsinə və Kiprdə “iki dövlət” prinsipinə uyğun ədalətin bərqərar olmasına mühüm töhfə verir.
- Türkiyədə hərbi maşın aşdı: ölən və yaralananlar var
- Girnədəki bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadılıb
- Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
- Norveç şahzadəsi 94 yaşında vəfat etdi
- Özbəkistanda polislər turistlərin mühafizəçisi olacaq
- Britaniya Rusiyanın itkilərini açıqladı: Dəhşətli rəqəmlər
- Rus ordusu iki kəndi işğal etdi
- 1661-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi