Avropa sürətlə Donald Trampın Ağ Evə qayıdışına hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
"Jurnalistlər NATO ölkələrində və digər ölkələrdə 50-dən çox diplomat, qanunverici, ekspert və siyasi strateqdən müsahibə götürüblər. Onların bir çoxu anonimlik şərti ilə danışıb. Baydenin televiziya debatındakı fəlakətli çıxışı ABŞ müttəfiqləri arasında gələn ildən Ağ Evdə yeni administrasiya ilə əlaqə yaratmaq məcburiyyətində qalacaqlarına inamı gücləndirib. Ümumiyyətlə, NATO ölkələrinin Trampın Amerikası ilə qarşılıqlı fəaliyyət strategiyası üç əsas sütun üzərində qurulacaq:
- Qərb sivilizasiyasına zərəri minimuma endirmək ümidi ilə Tramp və onun müşavirləri ilə geniş şəxsi təmaslar;
- Avropanın müdafiə xərcləri ilə bağlı Trampın müəyyən tələblərinə qismən əməl olunması;
- NATO prioritetlərini Tramp administrasiyasından qorumaq üçün yaradıcı diplomatik və hüquqi tədbirlər hazırlamaq.
Lakin bu strategiyanın həyata keçirilməsində müəyyən çətinliklər var", - məqalədə bildirilib.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?