Ağdamda qoşulub qaçan qız ilə bağlı detallar üzə çıxıb.
2008-ci il təvəllüdlü Aytac Elməddin qızı Əlizadə 1997-ci il təvəllüdlü Əsəd İbrahim oğlu Cavadzadə ilə qaçıb. Onların əslində qonşu və aralarında sevgi münasibətləri olduğu bildirilib. Məlum hadisə baş verən gün qız evdən qaçmadan öncə məktub yazıb.
Daxili İşlər Nazirliyi də bu hadisə ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, iyul ayının 6-da Ağdam rayonun Çəmənli kəndindəki fermadan 16 yaşlı qızın ailə qurmaq məqsədi ilə qaçırılması barəsində valideyni tərəfindən Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib:
"Hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir".
***
Ağdamda fermada yaşayan qız tanışına qoşularaq evdən gedib.
APA xəbər verir ki, hadisə Ağdam rayon, Çəmənli kəndində yerləşən fermalardan birində qeydə alınıb.
16 yaşlı Aytac Elməddin qızı Ədilzadə tanışı Cavadzadə Əsəd İbrahim oğlu ilə ailə qurmaq məqsədilə yaşadığı evi tərk edərək qaçıb.
Yaxınları qızı axtarırlar.
Faktla bağlı araşdırma aparılır.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?