Rasim müəllimlə hər gün telefonla danışıram. Dünən də zəng vurub səhhətiylə maraqlandım. Şükür Allaha, hər şey yaxşıdır.
Kult.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.
O, həkimlərin əməliyyatdan sonra Rasim Balayevə üç həftəlik müalicə müddəti təyin etdiklərini bildirib:
"Əməliyyatdan sonra Rasim müəllim xəstəxanada bir gün qalıb. Hazırda ev şəraitində müalicələri davam edir. Amma həkimlər deyiblər ki, üç həftə işə getmək, aktiv həyat tərzi olmaz".
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
B.Vəziroğlu illərdir ki, aktyorun onurğa sütununda yaranan xəstəlikdən əziyyət çəkdiyini bildirib:
"Getmədiyi həkim qalmamışdı, bir az səhhəti yaxşı olurdu, amma yenə pisləşirdi. Sən demə, vaxt uzandıqca, xəstəlik daha da ağırlaşırmış. Şükür ki, peşəkar həkim tapdı, əməliyyatı da yaxşı keçdi".
- Norveç şahzadəsi 94 yaşında vəfat etdi
- Özbəkistanda polislər turistlərin mühafizəçisi olacaq
- Britaniya Rusiyanın itkilərini açıqladı: Dəhşətli rəqəmlər
- Rus ordusu iki kəndi işğal etdi
- 1661-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
- Nə qədər lazımdırsa, o qədər də döyüşəcəyik - Budanov
- Nazirdən daha bir təyinat - Foto