Sumqayıtda vəzifəli şəxs olan Mahir Allahverdiyevi qətlə yetirməkdə ittiham olunan Murad Kazımovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.
“BUTA.TV”nun məlumatına görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Murad Kazımov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2022-ci ilin dekabrında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində baş verib. M.Kazımov M.Allahverdiyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
2003-cü il təvəllüdlü M.Kazımovun 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevi qətlə yetirməsində əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Qətlə yetirilən Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyinin sədrinin müavini işləyib. O, Vətən Müharibəsi şəhidi Vüsal Allahverdiyevin əmisidir. Vüsal döyüşə aparılarkən avtobusda çəkilmiş görüntüləri gündəm olmuşdu.
Sail Ağasəlim


- Şəhid övladlarının “Zəfər” intellektual yay düşərgəsi keçirildi
- Deputatdan taksilərlə bağlı təklif
- Prezidentdən məktəbəqədər təhsillə bağlı - Fərman
- Ağdərəyə daha 12 nəfər köçürüldü
- Bu nazirliklərə yeni səlahiyyətlər verildi
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- “Park Yasamal”da seçim imkanları genişləndi - Mənzillər satışda
- Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir