Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Rusiyanın Hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətinin direktoru Dmitriy Şuqayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi-texniki sahədə əməkdaşlığın rolu, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Görüşdən sonra beynəlxalq sərgidə Rusiyanın hərbi sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri ilə bağlı Azərbaycan və Rusiya nümayəndə heyətinə ətraflı məlumat verilib.
- Bütün hərbçilərin nəşi tapıldı
- Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?
- Polad Bülbüloğluya qarşı şok ittiham: Ramiz Mehdiyev ilə...
- Şəhid olan türk pilotlar ailəmizin üzvüdür - İngilis pilot
- İH-lərin ləğvi: Xüsusi nümayəndəlik nə vaxt tətbiq ediləcək?
- O serialı qadağan etmək lazımdır – Kinoşünas
- Kriptovalyuta bazarına kapital axınları azaldı
- Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video