Ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlığa əsaslanan münasibətlər mövcuddur. Azərbaycan Çexiyanın Avropada 3-cü ən böyük ticarət tərəfdaşıdır.
BUTA.TV xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Məmməd Əhmədzadə Çexiya Respublikasının Dövlətçilik Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda səsləndirib.
Dost çex xalqını bayram münasibətilə təbrik edən XİN rəsmisi bildirib ki, xüsusilə, enerji, təhsil, mədəniyyət sahəsində daha sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bildirib ki, ticarət dövriyyəmiz də xeyli artıb. Ölkələrimiz arasında münasibətlərin səmərəli əməkdaşlığa əsaslandığını vurğulayan M.Əhmədzadə son dövrlərdə qarşılıqlı səfər və təmasların artdığını deyib.
“Əminik ki, birgə səylərimizlə ölkələrimiz arasında əlaqələr daha da inkişaf edərək dərinləşəcək”, - deyə XİN rəsmisi vurğulayıb.
- Bütün hərbçilərin nəşi tapıldı
- Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?
- Polad Bülbüloğluya qarşı şok ittiham: Ramiz Mehdiyev ilə...
- Şəhid olan türk pilotlar ailəmizin üzvüdür - İngilis pilot
- İH-lərin ləğvi: Xüsusi nümayəndəlik nə vaxt tətbiq ediləcək?
- O serialı qadağan etmək lazımdır – Kinoşünas
- Kriptovalyuta bazarına kapital axınları azaldı
- Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video