Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib.
BUTA.TV Pravda.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Bildirilib ki, B.Möhbalıyevanın istifadə etdiyi və qurumun balansında olan bahalı avtomobil də ondan alınıb.
Xatırladaq ki, bu ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə İqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. S.Möhbalıyev istefa verdikdən sonra AHİK-in 11 avtomobili onun qohumlarından geri alınıb.
- Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi
- MİT rəhbərinin yeni imici diqqət çəkdi – Foto
- İran ABŞ ordusunun toplanma mərkəzini vurdu
- İran xalqı nə vaxt ayağa qalxacaq? - Tramp
- Nepalda ölənlərin sayı artdı
- ABŞ Xuzistanı vurdu: 7 ölü, 8 yaralı
- Əvvəl bacısını, sonra özünü bıçaqladı
- Mərmərədə 2 türk gəmisi toqquşdu: itkin düşənlər var