İran İsrailin bütün provokativ addımlarına qarşı hər hansı bir reaksiya verməyəcək, heç bir müdaxilə etməyəcək.
Bu sözləri BUTA.TV-a türkiyəli analitik Engin Özər İsrailin Livana quru əməliyyatı başlaması fonunda İranın reaksiyası haqda danışarkən deyib.
O bildirib ki, məsələ Baş nazir Benyamin Netanyahunun məhz şəxsi yanaşmasına görə daha ciddi bir vəziyyət alıb:
“O, şiddətli, radikal, dini hissləri ilə Tövratda qeyd olunan “böyük İsrail” layihəsini addım-addım həyata keçirmək üçün əlindən gələni edir. İranın isə bu gərginliyə müdaxiləsi çox cüzidir. Güman ki, Qəzza əməliyyatı kimi, Livanda da quru əməliyyatı çox qanlı olaca. İsrail Livanın cənubunu işğal edəcək. Bu işğal prosesi bir neçə il davam edə bilər. Ona görə də biz artıq gələcək üçün silahlı Hizbullahdan yox, siyasi hərəkata çevriləcək qruplaşmadan danışa bilərik. Bu arada ərəb ölkələrində antiisrail və antiseminist əhval-ruhiyyə artan tempdə davam edir”.
Qeyd edək ki, gecə saatlarında İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb.
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video